Xəzərdə iki balıqçı itkin düşüb
11
noy
2017
16:37
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün səhər saatlarında Bakının Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxımış Hüseynzadə Fikrət Hikmət oğlu və Qurbanov Sehran Gülbala oğlu geri qayıtmayıblar. BAKU.WS-in FHN-in saytına istinadən verdiyi məlumata görə, yaxınlarının verdiyi məlumata əsasən, onların olduğu qayıq çevrilmiş vəziyyətdə dənizdə aşkarlanaraq sahilə çıxarılıb. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xəzər Hövzə Qəza-xilasetmə Xidməti və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.BAKU.WS
Oxşar xəbərlər
Bulvarda faciə: Qadın özünü Xəzərə atdı
Bulvarda intihar edən qadının meyiti dənizdən çıxarılıb.Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi...