Bulvarda intihar

Bulvarda intihar
Hadisə 1609
 

Dənizkənarı Milli Parkda intihar olub.

BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500 metr solda nəzarətsiz ərazidə) 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və şəxsiyyəti məlum olmayan vətəndaşın cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

BAKU.WS

Oxşar xəbərlər

Bayram günü Bulvarda intihar: 3 nəfər ölümdən döndü

Bayram günü Bulvarda intihar: 3 nəfər ölümdən döndü

Bakı bulvarında intihara cəhd olub. BAKU.WS Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə da...

2563 Hadisə 10:22 12 sentyabr 2016

Son xəbərlər