Xəzərin sahilində meyit tapılıb

Xəzərin sahilində meyit tapılıb
Hadisə 1666

 

Bakıda dəniz sahilində meyit tapılıb.

BAKU.WS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda dəniz kənarında 1 nəfərin cəsədinin göründüyü barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri 1965-ci il təvəllüdlü Məmmədov Azadın cəsədini sahildən taparaq aidiyyəti üzrə təhvil veriblər. 

BAKU.WS

Oxşar xəbərlər

Bakıda dənizdə batan iki nəfər xilas edilib

Bakıda dənizdə batan iki nəfər xilas edilib

Bakıda dənizdə batan 2 nəfər xilas edilib. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən evrdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nə...

1608 Hadisə 20:36 19 iyul 2017

Son xəbərlər