Xilas olunan neftçi: "Qayıqdan bərk yapışıb son saniyələrimi sayırdım" (VİDEO)

Xilas olunan neftçi: Qayıqdan bərk yapışıb son saniyələrimi sayırdım (VİDEO)
Video
Hadisə 1937

 

SOCAR rəhbərliyi "Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş yanğında xilas olunan neftçiləri ziyarət edib

BAKU.WS məlumat verir ki, "SOCAR" şirkətinin vitse-prezidenti Xalik Məmmədov, Ombudsman Elmira Süleymanov və digər aidiyyatı şəxslər yanğından xilas olunan neftçilərə xəstəxanada baş çəkiblər. Neftçilər dəhşətli yanğında baş verənləri "SOCAR" rəhbərliyinə danışıblar:

"Yanğından xilas olmaq üçün mindiyimiz qayıq güclü küləyin təsirindən platformalara çırpılaraq iki yerə bölündü. Qayıqda təxmini 10-12 nəfər idik. Qayıq yarıya bölünəndən sonra yarımız bir hissəsində qaldıq, qalan 5-6 nəfər o biri parçasının üstündə idi. Nə baş verdiyini tam başa düşmürdük. Özümdə deyildim. Qayıqdan bərk yapışıb son saniyələrimi sayırdım. Ümidim yox idi xilas olmağımıza. Bizi Topazın gəmisinin işçiləri xilas etdi" -  deyə Socarın işçisi hadisə baş verən günü başlarına gələnləri danışarkən bildirib. 

BAKU.WS

Oxşar xəbərlər

Xoşqədəm xilas olunan neftçiləri ziyarət edib (FOTO)

Xoşqədəm xilas olunan neftçiləri ziyarət edib (FOTO)

Aparıcı Xoşqədəm Hidayətqızı "Günəşli” yatağında baş verən yanğından xilas olunan neftçiləri ziyarət edib. BAKU.WS məlumat verir ki, aparıcı xəstəxana ziyarəti...

1008 Şou-biznes 11:04 07 dekabr 2015

Son xəbərlər