"Veysəloğlu"nun əməkdaşına hücum olub, şirkətin 70 min manatı aparılıb
02
may
2018
10:33
Mingəçevir şəhərində şirkət əməkdaşına hücum olub, onun üzərindəki külli miqdarda pul aparılıb."Report"un Şirvan bürosunun verdiyi məlumata görə, "Veysəloğlu" Şirkətlər Qrupunun Mingəçevir filialında çalışan Abdullayev Elvin Rafiq oğlu yaşadığı binadan çıxarkən 2 nəfərin hücumuna məruz qalıb. Naməlum şəxslər zərərçəkənin əlində olan çantanı alaraq qaçıblar. Məlumata görə, çantanın içərisində "Veysəloğlu" Şirkətlər Qrupuna məxsus 70 min manat vəsait olub.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Ceyranbatanda evə basqın edərək ana və qızına xəsarət yetirən şəxslər saxlanıldı
Martın 2-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində evə silahlı basqın edən şəxslərin kimliyi bəlli olub."Report"un Abşeron-Sumqayıt bürosunun verdiyi məlumat...