Ukraynada azərbaycanlı gənc həmyerlimiz tərəfindən vəhşicəsinə öldürüldü

10
okt
2019
18:16
Ukraynanın paytaxtı Kiyev şəhərində 22 yaşlı azərbaycanlı qətlə yetirilib. BAKU.WS-in Kiyev şəhər prokurorluğunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həmyerlimiz 23 yaşlı azərbaycanlı tərəfindn qətlə yetirilib. Qatil olduğu güman edilən şəxsin sərhədi keçdiyi ehtimal edilir. Hazırda onun beynəlxalq axtarışa verilməsi məsələsi müzakirə olunur.Cinayətə görə, 7 ildən 15 ilədək nəzərdə tutulub. 22 yaşlı həmyerlimizin meyiti 3 gün yaşadığı mənzildə qalıb. Qonşular 102-yə zəng edərək mənzildən qoxu gəldiyini bildiriblər. Bundan sonra hadisə yerinə gələn xilasedicilər mənzilin qapısında qan izləri aşkar ediblər. Qapını sındırdıqdan sonra gəncin üzərində çoxlusayda bıçaq yarası olan meyiti aşkar edilib.
Oxşar xəbərlər
Türkiyədə dənizdə azərbaycanlı gəncin meyiti tapılıb
Türkiyənin İzmir şəhərinin Konak rayonunda dənizdə 29 yaşlı azərbaycanlı kişinin meyiti tapılıb.BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, səhər saatlarında Kon...
