Putinin dostu olan azərbaycanlı milyarder İlham Rəhimovun qohumu öldürüldü

Putinin dostu olan azərbaycanlı milyarder İlham Rəhimovun qohumu öldürüldü
Hadisə 7018
Rusiya paytaxtında azərbaycanlı gənc qətlə yetirilib. BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, qətl hadisəsi fevralın 9-da baş verib. 25 yaşlı Ruhin Rəhimov naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib. Onun küt alətlə qətlə yetirildiyi bildirilib.Mərhumun cəsədi Bakıya göndərilib. Artıq dəfn olunub. Qeyd edək ki, Ruhin Rəhimov tanınmış azərbaycanlı iş adamı, hüquq elmləri doktoru İlham Rəhimovun yaxın qohumu, əmisinin nəvəsidir. İlham Rəhimovun Rusiya Prezidenti Vladimir Putinlə yaxın dostluq münasibəti var. BAKU.WS

Oxşar xəbərlər

Abbas Abbasovun məşhur qohumu qətlə yetirilib

Abbas Abbasovun məşhur qohumu qətlə yetirilib

Noyabr ayının 4-ü, gecə saat 5:00 radələrində Gəncədə müəmmalı qətl hadisəsi baş verib.Öldürülən şəxs güləş üzrə idman ustası, Gəncədəki “Təhsil” idman kompleks...

4664 Hadisə 20:49 08 noyabr 2017

Son xəbərlər