Türkiyədə cinsi əlaqə təklifini rədd edən azərbaycanlı qadın öldürüldü
 
                            
                            
                                06
                                iyl
                            
                                2019
                                17:30
                            
                            
                        Türkiyənin Amasiya şəhərinin Gümüşhacıköy rayonunda azərbaycanlı qadın güllələnərək qətlə yetirilib. BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qonşular Gürcüstan vətəbndaşı olan 60 yaşlı Afət Məmmədlinin evində atəş səsləri eşidildiyi barədə polisə xəbər veriblər. A.Məmmədlinin yaşadığı evə gələn təcili tibbi yardım maşını və polis əməkdaşları onun silahla qətlə yetirildiyini müəyyən ediblər.Evdə iki boş mərmi tapılıb. Polisdən verilən məlumata görə, qadını eyni evdə qaldığı rəfiqəsinin sevgilisi öldürüb. 47 yaşlı kişi A.Məmmədliyə intim əlaqə təklif etsə də, qadın bunu rədd edib və bundan sonra güllələnib. Qeyd edilib ki, hadisədə şübhəli bilinən R.H. polis tərəfindən saxlanılıb.
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Bakıda 45 yaşlı kişi yeznəsi tərəfindən qətlə yetirilib
Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, rayonun Yeni Suraxanı qəsəbəsində təxminən 35-4...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    