Bakıda 45 yaşlı kişi yeznəsi tərəfindən qətlə yetirilib
20
iyn
2019
23:13
Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, rayonun Yeni Suraxanı qəsəbəsində təxminən 35-40 yaçlarında olan Ərəsov Muşviq Etibar oğlu bacısının əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. O, ürəyindən iki bıçaq zərbəsi alıb və yerindəcə keçinib.Hadisəni törədən şəxs daha sonra keçmiş həyat yoldaşı, 1991-ci il təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızına bir neçə bıçaq zərbəsi vurub. Yaralı qadın ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.Məlumata görə, 1991-ci il təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızı cinayət törədən ərindən boşanıbmış. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Cinayətydə şübhəli bilinın şəxsin axtarışları davam edir.
Oxşar xəbərlər
Bakıda ər arvadını bıçaqladı
Suraxanı rayonunda bıçaqlanma hadisəsi olub.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.Belə ki, 29 yaşlı Əsli Tərlan qızı Nəcə...