24 yaşlı azərbaycanlı qız Türkiyədə 55 bıçaq zərbəsiylə qətlə yetirildi - FOTO

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı Qənirə Cabbarova sevgilisi Halil.A. tərəfindən bıçaq zərbəsiylə öldürülüb.
Onlar Teffeni-Çavdır avtomobil yolunun Beyköy yolayrıcında mindikləri taksidə mübahisə ediblər. Bu mübahisənin dava-dalaşa dönüb və cütlük taksidən enib.
İddiaya görə, onlar taksidən endikdən sonra da dava ediblər və nəticədə Halil.A. Qənirə Cabbarovaya 55 bıçaq zərbəsi vurub.
Hadisə yerinə gələn 112 Təcili Yardım əməkdaşları qadının öldüyünü təyin ediblər.
H.A. həbs edilib.
Azərbaycan vətəndaşının cənazəsi isə müayinə üçün Antalya şəhər Patoloji Anotomiya Birliyinə təhvil verilib.
BAKU.WS

Oxşar xəbərlər
Qısqanc ər arvadına 40 bıçaq zərbəsi vurdu
Sumqayıtda gənc qadının amansız qətlinin səbəbi qısqanclıq olduğu ehtimal edilir.BAKU.WS xəbər verir ki, bu haqda məlumat “Sputnik Azərbaycan”a şəhər polis idar...
