Azərbaycanlı qadının Türkiyədə faciəvi sonu - FOTO

Azərbaycanlı qadının Türkiyədə faciəvi sonu - FOTO
Hadisə 15467
Azərbaycanlı qadın Türkiyədə qətlə yetirilib.BAKU.WS Türkiyə KİV-nə istinadən xəbər verir ki, 3 uşaq anası olan 50 yaşlı Sahibə Yüksəlir bu səhər yerli vaxtla 08:30-da Konya şəhərində 46 yaşlı sevgilisi Rahim A tərəfindən öldürülüb.Şahidlərin söylədiklərinə görə, mərhum hadisədən bir gün əvvəl 4 ildir eşq həyatı yaşadığı evli sevgilisinın iş yerinə gələrək evlilik mövzusunda mübahisə edib. Rahim evli olduğundan Sahibəylə evlənə bilməyəcəyini bildirib. Qadın ona arvadını boşayıb, onunla evlənməyi tələb edib. Şahidlər polis çağırdıqdan sonra onlar problem olmadığını bildirib və barışıblar. Lakin növbəti gün cütlük Rahim A. nın avtomobilində olarkən yenidən mübahisə düşüb və kişi Sahibəyə 8 dəfə atəş açaraq onu yaralı halda maşında qoyub qaçıb. Qadın xəstəxanaya çatdırılsa da,orada dünyasını dəyişib.Hazırda polis Rahim A.nı axtarır.Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər