“Odessa” Teyyub Azərbaycanda ayağından güllələndi - YENİ MƏLUMAT

“Odessa” Teyyub Azərbaycanda ayağından güllələndi - YENİ MƏLUMAT
Hadisə 3667
Dünən axşam saatlarında Şirvan şəhərində baş vermiş silahlı insidentlə bağlı bəzi məqamlar üzə çıxıb. BAKU.WSvirtualaz.org-a istinadən xəbər verir ki, ayağından tapança yarası alan Şirvan şəhər sakini 52 yaşlı Teyyub Eyyub oğlu Tağıyev yaralı vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.Məlumata görə, Teyyub Tağıyev 90-cı illərdə Ukraynanın Odessa şəhərində yaşayıb və həmyerlisi, Odessa bazarında işləyən azərbaycanlıların əsas himayəçisi kimi böyük nüfuza sahib olan Rahim Ələkbərovun ən yaxın adamlarından biri olduğundan “Odessa” Teyyub kimi tanınıb.2001-ci ilin noyabr ayının 29-da Rahim Ələkbərov Odessada qətlə yetirildikdən sonra Teyyub Tağıyev də geri dönüb.Hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində artıq hadisəni törədən şəxsin kimliyi də müəyyən olunub.Faktla bağlı araşdırmalar davam edir.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər