Qısqanc ər arvadına 40 bıçaq zərbəsi vurdu

Sumqayıtda gənc qadının amansız qətlinin səbəbi qısqanclıq olduğu ehtimal edilir.
BAKU.WS xəbər verir ki, bu haqda məlumat “Sputnik Azərbaycan”a şəhər polis idarəsindən verilib.
Cinayət çərşənbə günü, dekabrın 5-də səhər saatlarında Sumqayıt şəhəri 11-ci mikrorayonda baş verib. 1992-ci il təvəllüdlü Ağayeva Aynur Ramiz qızına çoxlu sayda bıçaq zərbələri endirilib.
Patoloqoanatomlar qətlə yetirilmiş gənc qadının bədənində 40-a yaxın bıçaq yarası müəyyən ediblər ki, bunların da əksəriyyəti baş və boğaz hissələrinə endirilib.
İlkin məlumatlara görə, Ağayevanın əri Ağayev Yaqub Şirin oğlu qətldə şübhəli bilinərək saxlanılıb. İstintaqın ilk rəyinə əsasən, ər öz arvadını qısqanclıq zəminində qətlə yetirib.
Fakt üzrə Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi açılıb, istintaq işləri davam etdirilir.
BAKU.WSOxşar xəbərlər
33 illik arvadını öldürən Çərtikov barədə QƏRAR VERİLDİ - 17 İL
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Rasim Çərtikovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.BAKU.WS “virtuala...
