Azərbaycanda “nadzor” başından güllələnərək öldürüldü

03
may
2019
09:53
Şəmkirdə güllələnən şəxsin nadzor olduğu məlum olub. BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Bayramlı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədli Kəramət Şükür oğlu yaşadığı evdə alın nahiyəsindən odlu silahla açılan atəş nəticəsində qətlə yetirilib. Onu öldürən şəxsin kimliyi hələ ki, məlum deyil.Məlumata görə K. Məmmədli Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında nəzarətçi işləyir. Ailəsindən boşanan Məmmədli evdə tək yaşayırmış.Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.Qeyd edək ki, hadisə haqda ilk olaraq BAKU.WS bölgə müxbirinə əsasən məlumat vermişdi. Əvvəlcə Kəramət Məmmədlinin intihar etdiyi ehtimal edilirdi.
Oxşar xəbərlər
Səmkir sakini evində güllələnib
Səmkir rayon sakini evində güllələnib.BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü...
