Bakıda 13 yaşlı qız özünü pəncərədən atdı
22
apr
2019
17:10
Bakıda 13 yaşlı yeniyetmə qız intihara cəhd edib.BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Nəsimi rayon prokurorluğundan verilən məlumata görə, 21 apreldə saat 18:20-də akademik Mir Cəlal küçəsi 8 ünvanında Məmmədli Ülviyyə Ülvi qızı intihara cəhd edərək 5-ci mərtəbədən özünü atıb.Xoşbəxtlikdən ağaca ilişən qız sağ qalıb.Yeniyetmə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır dəyərləndirirlər. Xəstə kritik vəziyyətdən çıxıb və yaşayacaq. İlkin araşdırmada məlum olub ki, Ülviyyə Məmmədli özünü atdığı ünvanda deyil, həmin küçədə yerləşən 24 saylı evdə yaşayır.İstintaq hələ intihara cəhdin səbəbini müəyyən etməyib.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda daha bir intihara cəhd
Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Dadaş Bünyadzadə küçəsində yerləşən mənzildə qeydə alınıb....