Türkiyədə Roma İmperiyasına aid qalıqlar tapıldı, TANAP-ın tikintisi dayandı
Azərbaycan təbii qazını Türkiyə üzərindən Avropaya daşıyacaq TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsində tikinti işləri dayanıb.
BAKU.WS-in məlumatına görə, Türkiyənin Ankara şəhərinin ərazisində boruların çəkilməsi zamanı Roma İmperiyasının dövrünə aid qalıqlar aşkarlanıb. Məhz bu səbəbdən bölgədə tikinti işləri müvəqqəti olaraq dayandırılıb.
Azərbaycanın Xəzər dənizindəki təbii qazını əvvəlcə Türkiyəyə, daha sonra isə Avropaya daşıyacaq olan 1850 kilometr uzunluğundakı TANAP layihəsinin inşası ilə bağlı hazırda 20 şəhərdə iş aparılır. Ancaq Ankrada bu cür qəribə hadisənin baş verməsi işlərin dayanmasına gətirib çıxarıb. Borularının yerləşdiriləcəyi Gölbaşı rayonu ərazisində yer altı otaqlar tapılıb. Üzərində xaç simvolları olan otaqlarının aşkarlanmasından sonra bölgəyə xüsusi mütəxəssislər göndərilib.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları 7-ci əsrə aid olduğu güman edilən otaqlarda araşdırmalar aparır. Yer altındakı qalıqları araşdıraraq fiqurların şəkillərini çəkən işçilər hər bir detalı diqqətlə yoxlayır. Mütəxəssislər otaqların məzar olması ehtimalı üzərində dayanır.
Qeyd edək ki, Trans-Anadolu Qaz Boru Kəməri — təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd. ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq.
İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. TANAP layihəsində ARDNŞ 80%, Türkiyənin BOTAŞ və TPAO şirkətləri isə birlikdə 20% paya malikdir. [1] TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. Boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub. TANAP layihəsinin işə düşməsi Şahdəniz-II layihəsi üzrə qaz hasilatına başlanması vaxtı ilə uzlaşdırılıb və 2017-ci il üçün nəzərdə tutulub.[2]
Şahin Həbibobov
BAKU.WS
Oxşar xəbərlər
"The Washington Times": Avropa Azərbaycana xilaskar kimi baxır
"Əgər siz son zamanlar dünya xəbərlərini izləyirsinizsə, sizdə təəssürat yarana bilər ki, Avropanın energetika təhlükəsizliyi tükdən asılıdır. İŞİD terror təşki...