Türkiyədə 5 azərbaycanlı qadını fahişəliyə cəlb edən şəxslər danışdı
03
avq
2018
15:56
Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfər qadını işləmək adı ilə Türkiyəyə aparıb onları fahişəliyə məcbur etməkdə təqsirləndirilən Xəyal Ələkbərov və Zəhra Quliyevanın məhkəməsi keçirilib.BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə baxış iclası baş tutub. Prokuror çıxış edərək ittiham aktını elan edib.İttihama görə, adıçəkilən şəxslər 5 nəfər qadını Türkiyəyə yüksək maaşla işləmək adı ilə aparıblar. Qurbanları avtobus və təyyarə ilə Türkiyəyə yol salıblar.Onları Türkiyədə Zəhra Quliyeva özü qarşılayıb. Qadınların xarici pasportunu alaraq onları cinsi istismara məruz qoyub və yaşadıqları evdə ayrı-ayrı şəxslərlə cinsi əlaqəyə girməyə məcbur ediblər. X.Ələkbərov özünü təqsirli bilməyib. Deyib ki, zərərçəkmiş qadınları Türkiyəyə iş üçün göndərib. Z. Quliyeva da özünü təqsirli bilmədiyini deyib. Zərərçəkmiş şəxslər isə məhkəmə prosesində iştirak etməyib. Qeyd edək ki, qanunvericiliyə görə insan alveri qurbanlarının adları açıqlanmır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı qızları iş adı ilə Türkiyəyə apardı, zorla kişilərlə görüşdürdü və... - ŞOK OLAY
Azərbaycanlı qadınları başqa-başqa ölkələrdə cinsi istismara məruz qoymaqda təqsirli bilinən İradə Poladova, Validə Xudaverdiyeva və Arifə Sadıqovanın cinayət i...