3 qadın 10 həmcinsini Türkiyədə fahişəliyə cəlb etdi — Bakıdakı cinayətin TƏFƏRRÜATLARI
21
iyn
2018
14:20
Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirli bilinən 3 qadın barəsində məhkəmə prosesi başlayır.BAKU.WS“ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 144-1.2.1 maddəsi ilə təqsirləndirilən Poladova İradə Adil qızı, Xudaverdiyev Validə Məhəmməd qızı və Sadıqova Arifə Əjdər qızının məhkəmə prosesi iyun ayının 28-də hakim Azər Paşayevin sədrliyi keçiriləcək. Qeyd edək ki, cinayət işində 10 qadın zərərçəkmiş qismində tanınıb.Qeyd edək ki, 1-ci olaraq İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhər sakini, 1983-cü il təvəllüdlü İradə Poladova həbs edilib.Məlum olub ki, o, bir neçə il əvvəl insan alveri cinayətinə görə məhkum olunub. Həbsdən çıxan İradə yenidən eyni əməllərini davam etdirib.İradə Poladova Validə Xudaverdiyeva və Arifə Sadıqova ilə əlbir olaraq paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında tanış olduğu qadınlara Türkiyədə onları işlə təmin edəcəyi vədi verib və İğdır şəhərinə aparıb.O, zərərçəkmişlərə xəstə insanlara baxacaqlarını, azyaşlı uşaqları saxlayacaqlarını deyib. Amma qadınlar vəd olunan işlərlə təmin olunmadıqlarını görüblər.İradə Poladova qadınları İğdır şəhərində yerləşən otellərdə və fərdi evlərdə kişi müştərilərlə görüşməyə məcbur edib. Məcbur qalan qadınlar İradənin tələbini yerinə yetiriblər.Zərərçəkmişlərin sənədləri İradə Poladovada olub, buna görə də vaxtında yox, bir qədər sonra geri qaça biliblər.Qeyd edək ki, təqsirləndirilən Sadıqova Arifə Əjdər qızı digər bir cinayətinə görə 15 gün qabaq cəza alıb. Belə ki, 5 iyun tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində insan alveri və dələduzluqda təqsirləndirilən Arifə Sadıqovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Məhkəmənin hökmü ilə A.Sadıqovanın barəsində ev dustaqlıqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək təqsirləndirilən 9 il 6 ay azadlıqdan məhrum edilib.A.Sadıqovanın Nərimanov rayonu A.Heydərov küçəsində kirayədə yaşadığı mənzildə əxlaqsızlıq yuvası saxlaması və qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.BAKU.WS
Oxşar xəbərlər
Müğənni Elçin Cəfərovu və qardaşını döyüblər - MƏHKƏMƏ
Nərimanov Rayon Məhkəməsində tanınmış müğənniyə qarşı xuliqanlıq edən şəxslərin məhkəməsi başlayır.BAKU.WS ölkə.az-a istinadən xəbər verir ki, cinayət məcəlləsi...