Turistlərin yanında biabır olduq - Bakıya yağış yağır (VİDEO)

Turistlərin yanında biabır olduq - Bakıya yağış yağır (VİDEO)
Video
Hadisə 22659

Bakıya yağan yaz yağışı şəhərin mərkəzində xoşagəlməz mənzərə yaradıb. 

BAKU.WS-in məlumatına görə, güclü yağış nəticəsində qısa müddətdə küçələri su basıb. Çay kimi axan sel suları insanların hərəkət etməsinə çətinlik yaradıb.

 

Kadrlardan göründüyü kimi avtobusa minmək istəyən turistlər beton plitələrin üzərinə çıxaraq nəqliyyat vasitəsinə minməyə çalışır.

 

Şəhərin mərkəzində qısa zamanda yağışın ortaya çıxardığı mənzərə sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib.

 

Video: Gulam Canon

BAKU.WS   

Oxşar xəbərlər

Son xəbərlər