Elektron qolbaq taxılan Tulin Ələkbərovanın məşqçilik LİSENZİYASI YOX İMİŞ

Nərimanov Rayon Məhkəməsində keçirilən son iclasda altı ay müddətinə ev dustaqlığına buraxılan Tulin Ələkbərovanın məşqçi lisenziyası yoxdur.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Kikboksinq Federasiyasından bildirilib.
Bildirilib ki, Tulin Ələkbərovaya məxsus olan "Ələkbərova Fight Club"un da federasiyada rəsmi qeydiyyatı yoxdur. Hətta həmin klubun idmançılarına da federasiyanın rəsmi hər hansı bir yarışında iştirak etmə hüququ verilmir.
*** 11:34
Xuliqanlıqda ittiham olunan kikboksçu Tülin Ələkbərovanın mühakiməsi başa çatıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən son iclasda hökm açıqlanıb.
Tülin kafelərdən birində mübahisə etdiyi həmcinsinə yumruqla xəsarət yetirməkdə ittiham olunub. Zərərçəkmişin şikayəti əsasında kikboksçu cinayət məsuliyyətinə cəlb edilib.
Bu əməlinə görə Tülinə 2 ilə kimi həbs cəzası nəzərdə tutulsa da, yumşaldıcı hallar vəziyyəti dəyişib.
Nəticədə hakim Gültəkin Əsədova kikboksçu ilə bağlı həbs qərarı çıxarmayıb.
Tülinə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. Onun üzərinə cihazın işləkliyinə nəzarət və digər qaydalara əməl etmək öhdəliyi qoyulub.
Oxşar xəbərlər
Xətaidə evdən 15 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
Xətai rayonunda evlərin birindən oğurluq olub. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, rayon sakini polisə müraciət edərə...
