Tulin kafedə qadını döyməkdə ittiham olunur
Kikboksçu Tulin Ələkbərova qadını döyməkdə ittiham edilir.
BAKU.WS "Qafqazinfo"a istinadən xəbər verir ki, hadisə bir müddət əvvəl Nərimanov rayonunda yerləşən kafelərdən birində qeydə alınıb.
Döyüldüyünü deyən qadın bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Şikayətçi ərizəsində mübahisə zəminində Tulinin onu yumruqla vurduğunu deyib, məsələ ilə əlaqədar qanunauyğun tədbir görülməsini xahiş edib.
Polis tərəfindən aparılan istintaqla T.Ələkbərova xuliqanlıq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Təqsirləndirilən kikboksçu barəsində məhkəməyə qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
İş üzrə ibtidai istintaq tamamlanıb, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Tulinin təqsiri sübuta yetirilərsə, o, cərimə, azadlığın məhdudlaşdırılması və ya 2 ilə kimi həbsə məhkum edilə bilər.
Qeyd edək ki, Tulin Ələkbərova qaydasız döyüş üzrə məşqçi kimi də fəaliyyət göstərir. O, ötən il sevgilisi tərəfindən döyülməsi ilə gündəmə gəlmişdi.
Oxşar xəbərlər
Ələt-Astara avtomobil yolunun kənarında yanğın baş verib
Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində yol kənarında açıq ərazidə yanğın baş verib. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Naz...