Toy karvanında "avtoşluq" edən “İnfiniti” sürücüsü ələ keçdi

Toy karvanında avtoşluq edən “İnfiniti” sürücüsü ələ keçdi
Hadisə 1702
Qusarda avtoxuliqanlıq edən şəxsin kimliyi müəyyənləşib.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, bir neçə gün əvvəl toy karvanının iştirakçısı olan sürücünün hərəkətdə olan avtomobillərə məhəl qoymayaraq avtoxuliqanlıq etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırma aparılıb.Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsində məsələ ilə bağlı aparılan araşdırmalar nəticəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına açıq hörmətsizlik edən gəncin şəxsiyyəti müəyyənləşdirilib.Araşdırmalar nəticəsində “İnfiniti G35” markalı 10-XO-038 dövlət nişanlı avtomobillə xuliqanlıq etmiş gəncin Məhəmməd Qədimov olması aydınlaşıb.M.Qədimov Qusar RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılaraq, barəsində inzibati qaydada protokol tərtib olunub. Bununla əlaqədar Qusar rayon Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilib.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda avtoxuliqanlıq edən sürücü həbs olunub

Azərbaycanda avtoxuliqanlıq edən sürücü həbs olunub

Zaqatala rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Report"un Şimal-qərb bürosuna v...

1030 Hadisə 09:55 23 iyun 2018

Son xəbərlər