Yol hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçirildi

23
dek
2017
09:39
Mingəçevir şəhər Polis şöbəsinin Dövlət Yol Polisi bölməsi hərəkətin intensiv olduğu ərazilərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktiki reyd keçirib.Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Şəki regional qrupundan məlumat verilib.Reyd zamanı piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb, onlarla DYPB-nin əməkdaşları tərəfindən maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib.BAKU.WS

Oxşar xəbərlər
DYP reyd keçirib, 50-yə yaxın sürücü cərimələnib - FOTO
Ağdam Dövlət Yol Polisi Bölməsi qayda pozan sürücülərə qarşı reyd keçirib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, reyd zamanı avtomobillərin konstruksiyasın...