Yol polisi reyd keçirib bir gecədə 50 sürücünü cərimələdi - FOTO
Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinin əməkdaşları rayon ərazisində reyd keçirib.
BAKU.WS-in "Report"a istinadən verdiyi xəbərə görə reyd rayon mərkəzində və Artupa kəndi yaxınlığında təşkil edilib. Astara Rayon Polis Şöbəsinin DYP bölməsinin rəisi, polis kapitanı İlqar Rəhimzadənin sözlərinə görə, reydin keçirilməsində əsas məqsəd baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaq olub.
"Reyd zamanı 50-yə qədər nəqliyyat vasitəsi saxlanılıb. Nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edərək kobud qanun pozuntusuna yol verən, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər barədə inzibati protokol tərtib olunub. Dörd sərxoş sürücü inzibati məsuliyyətə cəlb edilib" – deyə o bildirib.
Qeyd edək ki, reyd zamanı yol polisi əməkdaşlarının "Saxla!" işarəsinə əməl etməyərək aradan çıxmağa cəhd göstərən sürücülər də olub.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda sərxoş sürücü polislə mübahisə etdi: "De balam ölsün..." (VİDEO)
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) və İmişli rayon Dövlət Yol Polisi (DYP) bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində reyd keçirilib. Rayonun əsas...