Xanım sürücü ilə polislər arasında qalmaqal yaşandı (VİDEO)
Şabran DYP bölməsinin əməkdaşları rayon ərazisində növbəti dəfə reyd keçirib.
BAKU.WS-in interAz-a istinadla verdiyi məlumata görə, qış fəslinə hazırlığın yoxlanması və sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən şəxslərə qarşı keçirilən reyd zamanı ümümilikdə 32 sürücü barəsində inzibati tədbir görülüb. Reyd zamanı sürücülük vəsiqəsi olmadan avtomobil sürən 8 sürücü aşkarlanıb. Onlar arasında, hətta özünü "jurnalist" kimi qələmə verən və yol polisinə tabe olmayan şəxslər də olub.
İlkin araşdırma zamanı məlum olub ki, özünü jurnalist kimi təqdim edən xanım sürücü Günay İbadovadır. O, polisə heç bir sənəd təqdim etmədən nəqliyyat vasitəsini yolun hərəkət hissəsində qoyub, ərazidən uşaqlaşıb. Polis əməkdaşları bir neçə dəfə ondan maşının açarını təqdim etməsini xahiş etsələr də xanım sürücü onları dinləməyib.
Nəhayət Günay İbadova maşının açarlarını yol patrul xidmətinin əmkdaşlarına verib və nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb. Şabran DYP bölməsindən verilən məlumata görə, mütamadi olaraq rayon ərazisində reydlər davam etdiriləcək.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda polis əməkdaşı döyüldü
Tovuz rayonunda yol polisi əməkdaşları ilə kənd sakinləri arasında insident yaşanıb. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Dondar Q...