Tiktoker "Vaqa"nın həbs müddəti uzadıldı
Nərimanov Rayon Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadənin barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, prosesdə vəsatət təmin edilib və məhkəmənin qərarı ilə V.Zeynalzadənin həbs müddəti 1 ay uzadılıb.
İttihama görə, Vüqar Zeynalzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb. O, polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Könül Qasımovanın həbs müddəti uzadıldı
"Sevgi evi" Qadın və Uşaq Sığınacağının sahibi Könül Qasımova barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, b...