Telli Borçalının qardaşı saz çalandan 3 dəqiqə sonra ölübmüş - SON ANLARI
Fevralın 10-da paytaxtın Səbail rayonunda yerləşən Atatürk Mərkəzində Ataxan Sədi oğlu Qurbanovun ölümü ilə bağlı bəzi detallar üzə çıxıb.
BAKU.WS xəbər verir ki, həmin gün saat 15:00-da Tərlan Əliyarbəyov küçəsində yerləşən mərkəzdə ədəbi-bədii tədbir təşkil olunub. Tədbirdə sənətçi Telli Borçalının qardaşı, 1966-cı il təvəllüdlü paytaxt sakini Ataxan Sədi oğlu Qurbanov da iştirak edib. Aşıq Ataxan proqram çərçivəsində sazda ifa edib.
Lakin bundan qısa müddət - təqribən 3 dəqiqə sonra, saat 16:00 radələrində, tədbir başa çatan kimi sənətçi özünü qəfil pis hiss edib və yerə yıxılıb. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılsa da, onun artıq həyatını itirdiyi müəyyənləşib.
İlkin məlumata əsasən, A.Qurbanov ürək çatışmazlığı səbəbindən vəfat edib.
Mərhumun çıxışından bir hissəni təqdim edirik:
Oxşar xəbərlər
Bağ evində meyiti tapılan Rəşad Əliyev yüksək vəzifələrdə çalışıbmış
Dünən Bakı şəhər Sabunçu rayonu Nardaran qəsəbəsindəki evində dəm qazından boğularaq ölən 64 yaşlı Rəşad Əliyev əvvəllər yüksək vəzifələrdə çalışıb. BAKU.WS qaf...