“Təcili yardım” maşını qəzaya düşdü - 7 yaşlı uşaq öldü
27
avq
2018
15:30
Füzuli rayonunda azyaşlının ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS "report"a istinadən xəbər verir ki, Beyləqan- Horadiz yolunun Böyük Bəhmənli kəndindən keçən hissəsində "Mercedes" markalı avtomobillə “Təcili yardım” maşını toqquşub. Qəza nəticəsində “Təcili yardım” avtomobili yolun qırağındakı çökəkliyə düşüb, "Mercedes"də olan 7 yaşlı Rusif Namazlı hadisə yerində dünyasını dəyişib.Digər iki sərnişin - 6 yaşlı Aqşin Namazlı və 33 yaşlı Nigar Namazova isə yaralanaraq ağır vəziyyətdə Zobucuq qəsəbəsində yerləşən Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər yaralıların vəziyyətinin orta-ağır olduğunu bildirib.Polis faktla bağlı araşdırma aparır.BAKU.WS
Oxşar xəbərlər
“Hamilə aparırdım” – Qəzaya düşən təcili tibbi yardım maşınının sürücüsü DANIŞDI – VİDEO
Ağstafada bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.ARB TV xəbər verir ki, Qazax rayon Təcili Tibbi Yardım Stansiyasına m...