“Hamilə aparırdım” – Qəzaya düşən təcili tibbi yardım maşınının sürücüsü DANIŞDI – VİDEO
12
iyl
2018
17:43
Ağstafada bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.ARB TV xəbər verir ki, Qazax rayon Təcili Tibbi Yardım Stansiyasına məxsus maşın "Mercedes" markalı avtomobillə toqquşub.Hadisə zamanı təcili yardım maşınının sürücüsü, 34 yaşlı Tural Xasayev, tibb bacısı 42 yaşlı Yeganə Əliyeva və təcili yardım maşınındakı xəstənin qohumu, 52 yaşlı Sevda Məmmədova xəsarət alıblar. Tural Xasayev - Təcili tibbi yardım maşınının sürücüsü: “Hamilə aparırdım, təcili doğuş idi. Tovuz xəstəxanasına aparırdıq. Gedəndə “07” çıxdı qabağıma. Serena ilə idim. Sonra geri qayıtdı. Dəydim “Mercedes”ə, çəkdim qırağa işıq stolbasına dəydim”.BAKU.WS
Oxşar xəbərlər
Bakıda “təcili yardım” maşını qəzaya düşdü
Ötən gün Bakının Nərimanov rayonu ərazisində yol qəzası baş verib.BAKU.WS xəbər verir ki, “Daewoo” markalı avtomobil ilə Nərimanov rayonunda 8 saylı Təcili Tibb...