Tanınmamaq üçün hicab geyinən qadından 40 minlik cinayət - FOTO

Qubada dələduzluq edən qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində rayon ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadaraq, zərərçəkənlərin pullarını mənimsəyən rayon sakini, 49 yaşlı İradə Xuraminacat saxlanılıb.
İlkin dindirmə zamanı saxlanılan qadın törətdiyi cinayət əməllərini etiraf edib.
Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində vətəndaşların etibarından istifadə edərək, onlara torpaq sahələri satacağını, yüksək məvacibli yaxşı işlərlə təmin edəcəyini, zərərçəkənlərə xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də, rayon ərazisində balıq məhsullarının satış mərkəzinin təşkil edəcəyi barədə vədlər verərək, zərərçəkənlərin ümumilikdə 40 min manatdan çox pulunu dələduzluq yolu ilə mənimsədiyi müəyyən edilib.

Qeyd edək ki, İradə Xuraminacat törətdiyi cinayət əməllərinin məsuliyyətindən yayınmaq məqsədilə bir müddət Bakı şəhərində yaşamış və ətrafdakılara özünü dindar bir şəxs kimi təqdim edərək, üzünün tanınmaması üçün dini geyimlərdən, həmçinin, hicabdan istifadə edib.
Polis tərəfindən saxlanılan zamanda onun əynində dini geyim və hicab olub.
Oxşar xəbərlər
Fala baxmaq adı ilə insanların başına oyun açan qadınla bağlı POLİSDƏN MÜRACİƏT – FOTO
Fala baxmaq adı ilə insanları aldadaraq pullarını mənimsəyən qadın polislər tərəfindən saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilə...
