Sumqayıtda oğru ev sahibi tərəfindən yaxalandı

Sumqayıtda oğru ev sahibi tərəfindən yaxalandı
Hadisə 2038
Sumqayıtda oğru mənzli qarət edərkən yaxalanıb.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 3-də Sumqayıt şəhərində yaşayan Zəfər Əliyevin mənzilinə açar seçməklə qarət məqsədi ilə girən naməlum şəxs onunla rastlaşdığından gözyaşardıçı qaz balonu tətbiq edərək götürdüyü qızıl əşyalarını aparmağa cəhd göstərib. Bu zaman səs-küyə gələn qonşunun köməyi ilə həmin şəxs saxlanılaraq polis əməkdaşlarına təhvil verilib.1-ci Polis Bölməsində aparılan araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Zərbəliyev olması müəyyən edilib.Araşdırma davam etdirilir.BAKU.WS

Son xəbərlər