Sumqayıtda bağçada mərmiyə bənzər əşyalar aşkarlanıb
Sumqayıt şəhəri 57 nömrəli körpələr evi uşaq bağçasında yardımçı otaqlardan birinə baxış zamanı mərmiyə bənzər iki əşya aşkarlanıb.
Bu barədə BAKU.WS-ə adıçəkilən təhsil müəssisəsindən məlumat verilib.
Bildirilib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, ərazi nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib və müəssisədə zəruri təxliyə tədbirləri həyata keçirilib.
Qeyd olunub ki, hazırda vəziyyət tam nəzarət altındadır.
İlkin ehtimallara əsasən, aşkar olunan əşyaların əvvəlki dövrlərə aid köhnə materiallar arasında qalması istisna edilmir.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Qubada yol tamamilə çökdü
Qubada yolun çökməsi nəticəsində ərazidə hərəkət və qarşı tərəflə əlaqə kəsilib. BAKU.WS xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Gö...