"Bəy hamamı"nda başlayan yanğın söndürüldü
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən hamamda yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***21:33
Sumqayıt şəhərində "Bəy hamamı" yanır.
"Report" xəbər verir ki, hadisə Niyazi və Çerkassı küçələrinin kəsişməsində qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürənlər, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qalereya
Oxşar xəbərlər
Boşanmaq istəyən qadının dəhşətli sonu: Azyaşlı uşaq anası evində qətlə yetirildi
Sumqayıtda ərindən boşanmaq istəyən qadın öldürülüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Corat qəsəbəsi ərazisind...