Space TV-nin əməkdaşlarına hücum edildi, kamera sındırıldı (VİDEO)

Space TV-nin əməkdaşlarına hücum edildi, kamera sındırıldı (VİDEO)
Video
Hadisə 9387
Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişinin aparıcısına yenə də hücum edilib. 1 may tarixində yayımlanan buraxılış yaşayış binalarının 1-ci mərtəbəsində günü gündən fəaliyyəti artan kafelərlə bağlı olub. Belə ki sakinlər televiziyaya müraciət edərək, artıq təngə gəldiklərini və hər gün musiqi və söyüşlərdən bezdiklərini bildiriblər. Daha sonra teleaparıcı binanın aşağı mərtəbələrində fəaliyyət göstərən kafelərə yollanıb. Görüntülərdəndə gördüyünüz kimi kafelərin sahibləri çəkilişin məqsədini bilər bilməz hücuma keçirlər. "Qarabağ" kafesinin sahiblərindən sayılan bir nəfər şəxs isə aparıcı və operatora hücum edir və kameranı sındırıb. Ardınca əraziyə polis əməkdaşları və tədqiqatçılar gəlib. Verilişin sabah (2 may saat 19:55 də) ardı yayımlanacaq...Qeyd edək ki, bununla artıq 5-ci dəfədir ki Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişinin əməkdaşlarına və aparıcısına qarşı zor tədbiq edilir. Veriliş həftə içi hər gün saat 19:55 də Space Tv-də yayımlanır. BAKU.WS

Son xəbərlər