Milli valyutamıza qarşı böyük hörmətsizlik - (VİDEO)

Milli valyutamıza qarşı böyük hörmətsizlik - (VİDEO)
Video
Video 2451
Space Tv-nin "Olar? Olmaz!" verilişində milli valyutamızla bağlı reyd tamaşaçılara təqdim edilib. Araşdırmaçı Jurnalist Amil Xəlilin təqdimatında yayımlanan verilişdə aparıcı insanların 1, 3, 5 qəpiklərdən imtina etdiklərini əyani formada tamaşaçılara təqdim edib. Hətta müvafiq aparatların belə bu qəpiklərə yaxın durmadığını bildirən aparıcı bəzən küçədən belə 5 qəpik yığmağın mümkün olduğunu qeyd edib. Vəziyyət elə gətirib ki, 5 qəpikləri götürən mağazalar və köşklər belə limitlə bu "arzu"nu yerinə yetirir.Həmin anları sizə təqdim edirik. Qeyd edək ki, veriliş həftə içi hər gün saat 19:55-də Amil Xəlilin təqdimatında Space Tv-də yayımlanır. Bu axşam (4 aprel) "Olar? Olmaz!" da apteklərlə bağlı veriliş tamaşaçılara təqdim ediləcək. Özbaşına qiymət qaldıranlar kimlərdi?BAKU.WS

Son xəbərlər