Space TV-nin əməkdaşlarına hücum çəkildi - Kamera qırıldı (VİDEO)

Space TV-nin əməkdaşlarına hücum çəkildi - Kamera qırıldı (VİDEO)
Video
Hadisə 3966
Space Tv-nin "Olar? Olmaz!" verilişinin bu dəfə ki buraxılışı dönər ətləri ilə bağlı olub. Aparıcı Amil Xəlil dönər satılan məntəqələrə üz tutaraq ətin haradan gətirildiyini və həmin əraziyə yollanmaq istədiyini bildirib. Aparıcı dönər sexlərinə görə yaxınlaşdığını dəfələrlə satıcılara bildirir. Çox təəssüf ki, dönər satışı ilə məşğul olanların əksəriyyəti məlumatı gizlətsə də, bəlli olan məkanlarda isə dönər ətinin satışına icazə verilməyib.Çəkiliş vaxtı sahibkarlardan biri aparıcıya qarşı zor tətbiq edərək çəkilişə maneçilik törədir. Daha sonra eyni əməli operatora qarşı edir. Olanlar isə olduğu kimi "Olar? Olmaz!" verilişində tamaşaçılara təqdim edilib. Sahibkar kameranı sındırmaqla bərabər çəkilişin davam etməsinə də mane olur. Həmin anları sizə təqdim edirik.BAKU.WS

Son xəbərlər