Sosial şəbəkədə saxta kredit elanı verərək kartları talayan şəxs saxlanılıb

Sosial şəbəkədə saxta kredit elanı verərək bank kartlarını talayan şəxs saxlanılıb.
BAKU.WS DİN-ə istinadən xəbər verir ki, Abşeron rayonunda bir nəfərin bank kartından oğurluq edilib. Belə ki, rayon sakini sosial şəbəkələrdə kredit vəd edən səhifələrin birinə müraciət ünvanlayaraq həmin səhifəyə bank kartı məlumatlarını göndərib. Həmin səhifə idarəçisi tərəfindən zərərçəkənin kartındakı 990 manat maddi vəsaiti talanıb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı K.Əmirahlı müəyyən olunaraq saxlanılıb.
Suraxanı rayonunda isə paytaxt sakininin bank kartından 4720 manatını oğurlayan 42 yaşlı R.Cəfərzadə də saxlanılıb.
Araşdırmalar aparılır.

Oxşar xəbərlər
Vətən müharibəsi iştirakçısı xərçəngdən vəfat etdi
İkinci Qarabağ müharibəsinin iştirakçısı Toğrul Nizaməddin oğlu Həsənov ölümcül xəstəlikdən vəfat edib. BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, 1989-cu il t...