SON DƏQİQƏ: Suriyada böyük müharibə başlayır - Çox sayda ölü var

SON DƏQİQƏ: Suriyada böyük müharibə başlayır - Çox sayda ölü var
Hadisə 10045
Suriyanın mərkəzi hissəsində yerləşən hərbi aerodrom raketlə vurulub. BAKU.WS-in məlumatına görə, hücum zamanı ən az 14 nəfər ölüb. Dəməşq rejimi hərbi hücumda ABŞ-ı günahlandırır. Rusiya isə hücumu İsrailin reallaşdırdığını iddia edib. Pentaqon raketin işə salınmasının Amerika ordusu tərəfindən həyata keçirilmədiyini açıqlayıb. ABŞ-ın bəyanatından sonra Fransa da hərbi hücumun məsuliyyətini boynundan atıb. Qeyd edək ki, Suriyanın Quta şəhərində təşkil edilən kimyəvi hücum dünya gündəmini zəbt edib. 80 nəfərin öldüyü hücumdan sonra ABŞ prezidenti Donald Tramp tarixi bir çıxış edərək Bəşər Əsədi tənqid edib. AbbasBAKU.WS

Son xəbərlər