ABŞ Suriyadakı hərbi bazaya 59 raket atdı, daş-daş üstə qoymadı (VİDEO)

ABŞ Suriyadakı hərbi bazaya 59 raket atdı, daş-daş üstə qoymadı (VİDEO)
Video
Video 3821

 

ABŞ Suriya rejiminə aid bir hava bazasına 50-dən çox "Tomahawk" mərmisi atıb.

BAKU.WS-in məlumatına görə, ABŞ-ın atdığı mərmilər Humus yaxınlarındakı Şayrat hərbi bazasını hədəf alıb.

Pentaqon da Suriya rejiminə aid Şayrat bazasına 59 "Tomahawk" mərmisiylə vurduğunu açıqladı: "Donald Trampın təlimatıyla ABŞ qüvvələri Suriya Hava qüvvələrinə aid hərbi bazanı bombalayıb".

Pentaqon sözçüsü Jeff Devis hücumdan əvvəl Rusiyaya məlumat verildiyini və rus əsgərlərinin o bazada olduğunu bildiklərini söyləyib. 

Tramp da çıxışında bildirib ki, bu hücum bir neçə gün öncə Suriyanın Xan Seyhun qəsəbəsində kimyəvi silahdan istifadə edildiyi üçün həyata keçirilib. 59 mərmi ümumilikdə 89 milyon dollar dəyərindədir. 

BAKU.WS

Oxşar xəbərlər

Pilot çaşıb "Airbus"u hərbi bazaya endirdi

Pilot çaşıb "Airbus"u hərbi bazaya endirdi

Pilot havada çaşdı. ANS PRESS-in məlumatına görə, qəribə hadisə ABŞ-da baş verib. Amerikalı pilot içərisində yüzdən çox sərnişin olan təyyarəni səhvən hava lima...

1170 Hadisə 13:07 09 iyul 2016

Son xəbərlər