SOCAR-dan faciə ilə bağlı rəsmi açıqlama: Yaşayış budkasından neftçilər tapılmadı
15 dekabr tarixində güclü külək nəticəsində "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş hadisədə itkin düşmüş neftçilərin axtarış işləri davam etdirilir.
BAKU.WS-in SOCAR-a istinadla verdiyi məlumata görə, bu gün axtarış işlərinə əlavə dalğıc gəmiləri cəlb olunub, vertalyot və gəmilərin sayı artırılıb.
Hadisə baş verən ərazidə suyun dibində küləyin uçurduğu yaşayış budkası aşkar edilib, dalğıclar onun içərisinə daxil olaraq müşahidə aparıblar.
Hadisə zamanı itkin düşən neftçilərdən heç biri yaşayış budkasında olmayıb. Hazırda budkanın sudan çıxarılaraq gəmiyə qaldırılması prosesi davam edir.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Kəmaləddin Heydərov və Rövnəq Abdullayev faciə baş verən əraziyə getdi
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və SOCAR prezidenti Rövnəq Abdullayev Xəzər dənizində "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Ç...