SON DƏQİQƏ! Xəzərdə daha bir faciə: 10 neftçi itkin düşdü

SON DƏQİQƏ! Xəzərdə daha bir faciə: 10 neftçi itkin düşdü
Hadisə 9192

     

15 dekabr tarixində səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

SOCAR-dan BAKU.WS-ə verilən məlumata görə, estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb: 

1. Zülfüqarov Güloglan - maşinist 

2. Zülfüqarov Azay - operator 

3. Qurbanov Vidadi - operator 

4. Həsənov Elçin - mexanik 

5. Hacıəliyev Həsənağa - operator 

6. Qafarov İlham - operator 

7. Əsədov Samir - operator 

8. Bəhrəmov Cavid - operator 

9. Abbasov Ramiz - maşinist 

10. Rüstəmov Qorxmaz - operator 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunmuşdur. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və "Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir. 

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılmışdır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcəkdir.

Şahin Həbibov

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Xəzərin Dağıstana aid hissəsində 8 balıqçı itkin düşdü

Xəzərin Dağıstana aid hissəsində 8 balıqçı itkin düşdü

Xəzər dənizində 8 balıqçı itkin düşüb. BAKU.WS-in məlumatına görə, hadisə Dağıstanın Kizlyar rayonunun Kraynovka yaşayış məntəqəsindən 5-6 km məsafədə Xəzər d...

1095 Hadisə 10:08 04 yanvar 2016

Son xəbərlər