Xəzərin Dağıstana aid hissəsində 8 balıqçı itkin düşdü
04
yan
2016
10:08
Xəzər dənizində 8 balıqçı itkin düşüb.
BAKU.WS-in məlumatına görə, hadisə Dağıstanın Kizlyar rayonunun Kraynovka yaşayış məntəqəsindən 5-6 km məsafədə Xəzər dənizində baş verib. İki qayıqda 8 balıqçı dənizdə itkin düşüb.
Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilir ki, hazırda balıqçıların axtarışı üçün hadisə yerinə 2 helikopter, 8 texnika və 2 üzmə vasitəsi göndərilib. Ümumilikdə 31 nəfər xilas edici axtarışlara cəlb edilib.
İlkin məlumata görə, FHN-ə hadisə ilə bağlı informasiya bu gün yerli vaxtla 04:20-də daxil olub.
BAKU.WS
Oxşar xəbərlər
Xəzərdə daha iki nəfər batdı, FHN helikopterləri səmaya qalxdı
Xəzər dənizində daha iki nəfər batıb. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, 21 dekabr 2015-ci il tarixində Sumqayıt şəhəri...