İtkin neftçinin qardaşı: "Bu onun son sözləri oldu" (FOTO)
Rzaxanov Edik Rivazin oğlunun ailəsi onu axtarır.
BAKU.WS məlumat verir ki, R.Edik "Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş yanğın zamanı itkin düşüb. Bu günə kimi onun nə sağ qalması, nə də ölüsü haqda ailəsinə məlumat verilməyib. Ailəsi ondan xəbər ala bilmədiyi üçün ictimaiyyət vasitəsi ilə məlumat almaq istəyir.
Rzaxanov Edik Rizavin oğlu 1983-cü ildə Qusar rayonunda anadan olub. O da bir müddət əvvəl "Günəşli" yatağında çalışmağa başlayıbmış.
"Qardaşımın 3 qızı evdə onun yolunu gözləyir". Bunu ANS PRESS-ə Xəzərdə itkin düşən neftçilərdən biri - Rzaxanov Edik Rivazin oğlunun qard aşı Natiq deyib.
Onun sözlərinə əsasən, qardaşı sonuncu dəfə evlə dekabrın 4-də - fırtına baş verən gün əlaqə saxlayıb:
"Qardaşım 2008-ci ildən orada işləyir. 32 yaşlı Edikin 3 qız övladı var. Onlardan ən kişiyi 5 aylıqdır - Jasmin. Sevincin 6, Nazlının isə 5 yaşı var".
Natiqin sözlərinə görə, o qardaşı ilə son dəfə noyabrın 29-da danışıb. O, son dəfə ailəsi ilə danışanda da dənizdə havadan şikayətlənib. Deyib ki, çox külək var. "Bu, qardaşımın son sözləri olub".
Xatırladaq ki, 4 dekabr 2015-ci il saat 17:36-da "Azneft” İstehsalat Birliyinin (Dövlət Neft Şirkətinin hasilatçı strukturu) 28 May adına Neft və Qaz Çıxarma İdarəsinə məxsus dayazsulu "Günəşli” yatağında yerləşən 10 N-li stasionar platformada yanğın baş verib. Yanğın nəticəsində 2 nəfər dünyasını dəyişib, 29 nəfər itkin düşüb, 31 nəfər isə xilas olunub.
BAKU.WS
Oxşar xəbərlər
Həlak olan neftçinin cansız bədəni su üzünə belə çıxdı - VİDEO
Günəşli” yatağındakı qəza nəticəsində həlak olanlardan birinin cansız bədəni su üzərinə çıxıb. BAKU.WS-in məlumatına görə, Hadisə nəticəsində itkin düşən 29 n...