İtkin düşən neftçilərin axtarışlarına 4 dalğıc gəmisi də cəlb olunub

İtkin düşən neftçilərin axtarışlarına 4 dalğıc gəmisi də cəlb olunub
Hadisə 1002

"Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin (NQÇİ) 3 nömrəli Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın bir hissəsinin dənizə uçması nəticəsində itkin düşən 9 neftçinin axtarışlarına 4 dalğıc gəmisi də cəlb olunub.

Bu barədə "Azneft” İstehsalat Birliyində yaradılan qərargahdan bildirilib.

Verilən məlumata görə, dünən dalğıc gəmiləri hadisə yerinə yaxınlaşsalar da hava şəraiti ilə əlaqədar işə cəlb oluna bilməyiblər. Lakin hazırda dalğıc gəmiləri axtarışlarda iştirak edir və sualtı axtarışlara başlanılıb.

BAKU.WS

Oxşar xəbərlər

"Dedi ki, uşaqlarıma yaxşı bax" - İtən neftçilərin FOTOLARI

"Dedi ki, uşaqlarıma yaxşı bax" - İtən neftçilərin FOTOLARI

Xəbər verdiyimiz kimi, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz...

2678 Hadisə 16:27 15 dekabr 2016

Son xəbərlər