Siyəzəndə dəm qazı FACİƏSİ - FHN əməkdaşı imiş...
10
fev
2026
09:56
Siyəzən rayonunda dəm qazından zəhərlənmə nəticəsində faciəli ölüm baş verib.
BAKU.WS xəbər verir ki, rayon sakini, Fövqəladə Hallar Nazirliyinin (FHN) Siyəzəndəki Yanğından Mühafizə Hissəsində yanğınsöndürən vəzifəsində çalışan İzzət Zaur oğlu Cəfərov yaşadığı evin həyətindəki hamamda çimərkən dəm qazından zəhərlənərək vəfat edib.
Mərhumun yaxınları bildiriblər ki, İzzət Cəfərov uzun müddət FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində çalışıb və yanğınsöndürən kimi fəaliyyət göstərib.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Aysel Şükürün keçmiş həyat yoldaşı həbs olunub?
Bloqer Aysel Şükürün keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə 10 sutkalıq inzibati qaydada həbs olunduğu iddia edilib. BAKU.WS xəbər verir ki, b...