Silah anbarındakı partlayış nəticəsində 3 ev qəzalı vəziyyətə düşüb
28
avq
2017
11:43
Avqustun 27-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayış nəticəsində Xızı rayonunda 3 yaşayış evi qəzalı vəziyyətə düşüb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, yaşayış evlərindən 2-si Giləzi, 1-i isə Şuraabad kəndində yerləşir.Xızı Rayon İcra Hakimiyyətindən bildiriblər ki, həmin evlərdə yaşayanlar təhlükəsiz yerlərlərə köçürülüb. Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindən təxliyə olunan vətəndaşlar isə artıq evlərinə qayıdıb.Hazırda Xızı rayonuna dəyən ümumi zərərin hesablanması üçün işlər davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
Silah anbarındakı DƏHŞƏTLİ PARTLAYIŞDA yaralanan şəxslərdən YENİ XƏBƏR VAR (RƏSMİ)
Ötən gün səhər saatlarında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin utilləşmə üçün hazırlanmış silah–sursat anbarında yanğınla müşayiət olunan partlayışlar...