Silah anbarındakı DƏHŞƏTLİ PARTLAYIŞDA yaralanan şəxslərdən YENİ XƏBƏR VAR (RƏSMİ)
28
avq
2017
10:21
Ötən gün səhər saatlarında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin utilləşmə üçün hazırlanmış silah–sursat anbarında yanğınla müşayiət olunan partlayışlar nəticəsində xəsarət alanların hamısı evə buraxılıb.Bu barədə BAKU.WS-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Qeyd olunur ki, partlayışlar nəticəsində hərbi qulluqçu olmayan 6 nəfər xəsarət alıb. Elə ötən gün ilkin tibbi yardım göstərildikdən sonra xəsarət alanların hamısı evə buraxılıb.Ötən gün saat 09 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin utilləşmə üçün hazırlanmış silah–sursat anbarında yanğınla müşayiət olunan partlayışlar baş verib.Müdafiə, Fövqəladə Hallar nazirliklərinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş vermiş hadisə ilə bağlı birgə məlumatında bildirilir ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən prosesə cəlb edilmiş müvafiq qurumlar tərəfindən görülmüş kompleks təxirəsalınmaz tədbirlər nəticəsində saat 17 radələrində yanğın lokallaşdırılaraq digər ərazilərə keçməsinin və partlayışların geniş vüsət almasının qarşısı alınıb.Hazırda Müdafiə Nazirliyinin hərbi hissənin ərazisinə cəlb edilmiş mühəndis-istehkam bölmələrinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Mülki Müdafiə Qoşunlarının və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin canlı qüvvələri və müvafiq texnikaları tərəfindən partlama nəticəsində ətrafa səpələnmiş qəlpələrin, ərazidə qalan partlamamış sursatların aşkarlanıb zərərsizləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülüb.Eyni zamanda hadisə nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilmiş hərbi qulluqçu olmayan 5 nəfər ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.BAKU.WS
Oxşar xəbərlər
Silah anbarında DƏHŞƏTLİ PARTLAYIŞ: yaralananlar var (YENİLƏNİB) - VİDEO
Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova virtualaz.org-a bildirib ki, hadisə nəticəsində yaralananlar var.Hazırda onlar Siyəzən Diaqnostika Mərkəzinə...