Müdafiə Nazirliyi həbi zavoddakı partlayışla bağlı AÇIQLAMA YAYDI

Müdafiə Nazirliyi həbi zavoddakı partlayışla bağlı AÇIQLAMA YAYDI
Hadisə 1019
 

Şirvanda zavodda baş vermiş partlayış nəticəsində hərbi qulluqçular xəsarət almayıb.

Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər ki, bu gün Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin "Araz” zavodunda baş verən hadisə zamanı Müdafiə Nazirliyinin hərbi qulluqçuları arasında xəsarət alanlar yoxdur.

Qeyd edək ki, bu gün Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz” zavodunda partlayış baş verib, yaralananlar var.

BAKU.WS

Son xəbərlər