Hərbi zavodda partlayış zamanı ölənlər var (RƏSMİ)
Şirvan Şəhər İcra Hakimiyyətindən Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda baş verən partlayışla bağlı açıqlama verilib.
BAKU.WS bildirir ki, icra başçısının köməkçisi Vasif Əliyev azvision.az-a deyib ki, partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Bu istiqamətdə operativ araşdırma aparılır.
İcra rəsmisi bildirib ki, partlayış nəticəsində bir neçə nəfərin ölməsi və yaralanması haqda onlara məlumat daxil olub. Hələlik ölüm faktı rəsmi şəkildə təsdiqini tapmayıb.
Vasif Əliyev, həmçinin qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda zavodda partlayış zamanı yaralananlar xəstəxanaya gətirilib
Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilən yaralıların sayı 10-a çatıb. Bu barədə "Report”un bölgə müxbirinə xəstəxanadan məlumat verilib. Xəstəxanadan bild...