FHN-dən hərbi zavaodda baş verən partlayışla bağlı RƏSMİ AÇIQLAMA
Fövqəladə Hallar Nazirliyi (FHN) Şirvanda zavodda baş verən partlayışla bağlı məlumat yayıb.
BAKU.WS nazirliyin saytına istinadən xəbər verir ki, bu gün saat 15:30 radələrində Fövqəladə Hallar Nazirliyinin "112” qaynar xəttinə daxil olmuş məlumata əsasən, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz” zavodunda partlayış baş verib. Dərhal nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub, zəruri tədbirlərin görülməsinə başlanılıb.
Hazırda aidiyyəti orqanların qüvvələri ilə birlikdə ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyinin rəhbər heyəti və əlaqədar struktur bölmələrinin rəhbərləri hadisə yerindədir.
Əlavə məlumat veriləcək.
BAKU.WS
Oxşar xəbərlər
Hərbi zavodda partlayış zamanı ölənlər var (RƏSMİ)
Şirvan Şəhər İcra Hakimiyyətindən Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda baş verən partlayışla bağlı açıqlama verilib. BAKU.WS bildirir ki, icra başçısını...